Əfqanıstanın paytaxtı Kabildəki Həmid Karzai adına beynəlxalq hava limanı yaxınlığında baş verən atışma zamanı ölkənin dörd hərbi qulluqçusu həlak olub.
Bu barədə Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə gecə saatlarında olub.
Hadisəyə Əfqanıstanın hərbi qüvvələrinin əsgərlərindən birinin havaya atəş açması səbəb olub. Bundan sonra əcnəbi hərbçilər cavab atəşi açıblar. Atışma nəticəsində dörd hərbi qulluqçu həlak olub, daha üç nəfər yaralanıb.
Məlumata görə, əfqan hərbi qulluqçularından biri aeroport yaxınlığın avtomobildə dostunun meyitini aşkarlayıb, o, bundan sonra havaya nizamsız atəş açıb.