8 Noyabr 2014 10:33
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hökuməti ölkənin məşvərət orqanından qadınların avtomobil idarə etməsi qadağasının qismən ləğvi ilə bağlı təklif alıb.

Teleqraf.com “Associated Press”ə istinadən xəbər verir ki, hökumət təklifləri qəbul etsə, qadınların avtomobil idarə etməsinə bir sıra dəyişikliklər tətbiq olunacaq.

Belə ki, yalnız yaşı 30-dan çox olan qadınlar sükan arxasına keçə biləcəklər. Həm də gündüz saatlarında və kosmetikasız...

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə qoyulan qadağanın dünyada analoqu yoxdur. Ultramühafizəkarlar hesab edirlər ki, əgər qadınlar avtomobil idarə etsələr, bu, əxlaqsızlığın yayılmasına səbəb ola bilər.


Müəllif: