25 Avqust 2021 10:59
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” özünün mənfi imicini düzəltmək və dünyada tanınmasını təmin etmək məqsədilə ölkə idarəçiliyi səlahiyyətini 12 nəfərən ibarət dövlət şurasına verəcək.

Teleqraf.com xəbər verir ki, bu məlumat Kabildəki rus diplomatik nümayəndələri tərəfindən yayılıb.

Xəbərdə Əfqanıstanı idarə edəcək şuranın 7 üzvünün bəlli olduğu iddia edilib.

İddiaya görə, “Taliban”ın siyasi qanadının rəhbəri Molla Əbdülqani Biradər, hərəkatın qurucusu Molla Məhəmmədin oğlu Molla Yaqub və Haqqani şəbəkəsinin lideri Rəhman Haqqani şurada təmsil olunacaq.

Eyni zamanda şurada ABŞ başda olmaqla, dünyanın tanıdığı bir sıra əfqan ictimai-siyasi xadimləri də təmsil olunacaq. Bunlar Əfqanıstanın sabiq prezidenti Həmid Karzai, keçmiş daxili işlər naziri və Əfqanıstan milli razılaşma qrupunun rəhbəri Abdullah Abdullah, sabiq xarici işlər naziri Məhəmməd Hanif Atmar və Hizbi-i İslam partiyasının lideri Gülbəddin Hikmətyardır.


Müəllif: Cavad

Oxşar xəbərlər