Tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bütün avtomobil şinləri elektron pasportlarla təmin olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Trend TASS agentliyi məlumat verib.
"Ağıllı təkərlər" mobil qurğu vasitəsilə maşın sahiblərinə təhlükə barədə məlumat verəcək. Xüsusi rəqəmsal çipi olmayan təkərlər artıq gələn ilin əvvəlindən qanundankənar hesab ediləcək və ölkə ərazisində istifadəsi qadağan olunacaq.
Əmirliklərin Standartlaşdırma Xidmətinin nümayəndəsi mühəndis Casem əl-Əli qəzetə bildirib: "Əsas məsələ BƏƏ-də havanın həddindən artıq isti olmasındadır. Adi təkərlər yüksək temperatura davam gətirmir, sıradan çıxır, eləcə də istismar prosesində partlayır. Belə təkərlərin səbəb olduqları çoxsaylı bədbəxt hadisə qeydə alınıb".
Elektron pasport təkərlərin hər birində yerləşdirilməlidir. Onlar buraxılış tarixi, texniki xüsusiyyətlər haqqında tam məlumata malik olacaq. Bu məlumatı alıcının mobil telefonu vasitəsilə oxumaq mümkün olacaq.
"Ağıllı təkərlər" maşın sahibini təkərlərin dəyişdirilməsi və deformasiya təhlükəsi barədə də xəbərdar edəcək.
Rüstəm