26 Avqust 2021 17:03
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayi və ölkədə Milli Barışıq Ali Şurasının rəhbəri Abdulla Abdullanı faktiki olaraq ev dustağı ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətləri bildiriblər ki, ötən bazar ertəsi günü taliblər Kərzayinin mühafizəçilərindən silah-sursatı müsadirə edib və nəqliyyat vasitələrini əlindən alıblar. Bu səbəbdən də Kərzayi Abdullann yanına getməli olub. Çərşənbə günü yaraqlılar ikincinin də evində axtarış aparıb və onu mühafizəçilərdən və nəqliyyat vasitələrindən məhrum ediblər.

Kərzayi və Abdulla “Taliban” hakimiyyətə gəldikdən sonra Kabildə qalmışdılar.

Daha əvvəl Abdulla “Taliban” tərəfindən inklüziv hökumət qurulacağına ümid etdiyini bildirmişdi. Ancaq CNN öyrənib ki, o hazırda bir həftə əvvəlkindən daha az optimistdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər