ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çəkilməsi qərarı ilə başlayan xaos dalğası davam edir.
Teleqraf.com xəbər verir ki, Talibanın ölkəni ələ keçirməsi ilə başlayan təxliyə əməliyyatları davam etdiyi vaxt paytaxt Kabildə 6 partlayış baş verib.
Son məlumata görə, 13-ü Amerika hərbçisi olmaqla ən azı 60 nəfər həyatını itirib, 140 nəfər isə yaralanıb.
“FOX News”un aparıcısı Todd Starnesin ilk partlayışdan sonra Tvitterdə verdiyi açıqlama kəskin reaksiyalara səbəb olub.
Starnes yazır: “Öldürülən hər bir amerikalı üçün Əfqanıstanda bir şəhər yer üzündən silinməlidir”.
İlk paylaşımına kəskin reaksiyalardan sonra Starnes ikinci bir tvit atıb: “Talibanla belə bir dillə hədələməsəniz, cinayətlərini davam etdirəcək. Şərlə amansızcasına mübarizə aparılmalıdır”.