İranda ötən sutka ərzində 581 nəfər koronavirusdan (COVID-19) ölüb, 31 516 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 106 482 nəfərə,
yoluxanların sayı isə 4 926 964 nəfərə çatıb. Virus daşıyıcılarından 7 877 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 146 742 nəfər koronavirusdan sağalıb, 28,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 32 rayon sarı zona hesab olunur.