30 Avqust 2021 11:39
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ottava Əfqanıstandakı Kanada vətəndaşlarının və əfqan qaçqınların təhlükəsiz təxliyəsi üçün Taliban rəsmiləri ilə danışıqlara başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kanada Xarici işlər naziri Mark Garneau bu barədə xüsusi açıqlama ilə çıxış edib.

Nazir deyib ki, iqtisadi yardım Kanadanın Talibana qarşı əsas arqumentidir:

“Əfqanıstandan təxliyə olmağı gözləyən insanların təhlükəsiz çıxışını təmin etmək üçün yardımlar mövzusundan əsas arqument kimi istifadə edəcəyik. Bizim Talibanla müzakirələrdə əsas tələbimiz ölkə xaricinə çıxmaq istəyən əfqanların təhlükəsiz keçidinə icazə verilməsidir. Talibanla dialoq önümüzdəki günlərdə gerçəkləşəcək. Əsas tələb əfqanların təhlükəsiz formada ölkədən çıxışına imkan yaratmaqdır. Bu, hər kəsin həmfikir olduğu mövzudur. Bunu Talibana tələb kimi irəli sürəcəyik. Necə reaksiya verəcəklərini bilmirik, amma bizim görüşün ana nöqtəsi budur”.

Nazir Mark Garneau əlavə edib ki, Talibanla aparacaqları müzakirələrə Qətər və Türkiyə köməklik göstərəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər