Taliban silahlı birləşmələri Əfqanıstanın şimalındakı Pəncşir əyalətində Milli Müqavimət Cəbhəsinin mövqelərinə kütləvi zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı iki səhra komandiri də daxil olmaqla 9 silahlı öldürülüb və çoxlu sayda silah-sursat ələ keçirilib.
Taliban Dərbənd-Qarani, Gülbahar və Şatal bölgələrində müqavimət cəbhəsinin 11 atəş xəttini məhv edib.
Qeyd edək ki, Pəncşir Əfqanıstanda Talibana təslim olmayan yeganə əyalətdir. Bölgədəki müqavimət hərəkatına Əhməd Məsud başçılıq edir.