3 Sentyabr 2021 09:41
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qırıcıları Suriya paytaxtı Dəməşqin ətrafına hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, hücum zamanı paytaxtda şiddətli partlayışlar eşidilib.

Məlumata görə, İsrail qırıcıları Livan hava sahəsi istiqamətindən Dəməşq yaxınlığındakı bəzi nöqtələrə zərbələr endirib.

Raket zərbələrinin çoxunun Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur. Bildirilir ki, hücum sadəcə maddi zərər vurub.

Qeyd edilir ki, İsrail qırıcılarının hədəfində Cemeyre Elmi Araşdırmalar Mərkəzindəki Əsəd qüvvələri və İran tərəfindən dəstəklənən şiə milislərin mövqeləri olub.


Müəllif: Cavad