Türkiyənin Dənizli şəhərində zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə Dənizlinin Honaz rayonunda baş verib. Yeraltı təkan Rixter şkalası ilə 3,8 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 13,37 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə məlumat yoxdur.