Taliban sözçüsü Suheyl Şahin Yaponiyanın "TBS News" kanalına müsahibəsində uyğur türkləri ilə bağlı Çinə çağırış edib.
Teleqraf.com xəbər verir ki, Şahin uyğurlara olan təzyiqlərə son qoyulmasını və onlara digər vətəndaşlar kimi eyni imkanlar yaradılmasını tələb edib.
"Çin böyük iqtisadi imkanları olan qonşumuzdur. Çinlə yaxşı münasibətlər qurmaq istəyirik, bu, onların da, bizim də xeyrimizədir. Siyasətimiz aydındır. Biz istəmirik ki, Əfqanıstandan kimsə başqa ölkələrə qarşı təcavüzkar fəaliyyət göstərsin. Çində yaşayan müsəlmanlar Çin vətəndaşlarıdır. Bütün Çin vətəndaşları bərabər hüquqlara malik olmalı, hər kəsə eyni yanaşma sərgilənməlidir. Uyğurlar da Çin dövlətinin vətəndaşlarıdır. Qanun qarşısında bütün vətəndaşlar bərabər olmalıdır. Bu, onların hüququdur. İnsanlar arasında ayrı-seçkilik edilməməlidir", - o bildirib.