NATO hərbi ittifaqının rəhbərliyi Avropa Birliyinin (AB) özünün xüsusi ordusunu yaratmağına qarşıdır.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq dilə gətirib.
NATO Baş katibi deyib ki, Avropanın daha böyük müdafiə töhfəsini alqışlayır, amma Avropa Birliyi NATO-nun yerini tutmamalıdır: “Şimali Amerika ilə Avropa arasındakı əlaqələri qorumaq lazımdır”.
NATO baş katibinin fikrincə, Qərbin kifayət qədər resursu yoxdur və bu səbəbdən də NATO-nun malik olduğu funksiyaların təkrarlanmasının qarşısını almaq lazımdır.
Qeyd edək ki, AB-nin xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borrel və birliyin hərbi komitəsinin sədri Klaudio Qraziano təşkilat daxilində azı 5 min personaldan ibarət çevik reaksiya birliyinin yaradılması təklifi ilə çıxış ediblər. Onlar AB-nin azı 5 min nəfərlik belə qüvvəsinin olması fikrinə Əfqanıstandakı təxliyə əməliyyatından sonra gəliblər.