Rusiya Xarici işlər naziri Sergey Lavrov ölkəsinin Əfqanıstanın yeni hökumətinin inauqurasiyasında iştirak edə biləcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, nazir bunun Talibandan asılı olduğunu söyləyib.
“Talibanın Əfqanıstan cəmiyyətinin bütün spektrini, o cümlədən özbəklər, taciklər və digər etnik qrupları əks etdirəcək hökumət qurma prosesini dəstəkləmək istəyirik”, - Lavrov bildirib.
Onun fikrincə, yalnız belə bir hökumət ölkənin yeni dövrə davamlı keçidini təmin edə biləcək.
Lavrov qeyd edib ki, Rusiya digər dəvət olunmuş ölkələrlə birlikdə inauqurasiya mərasimində "məmnuniyyətlə iştirak edəcək.