8 Sentyabr 2021 14:12
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol Rusiya ilə əlaqəli və qorxuducu iki ssenari barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, keçmiş səfir hesab edir ki, bu ssenari Avropada baş verə bilər və onun potensial təhlükəli nöqtələri Estoniya və Monteneqrodur.

Amerikalı diplomatın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin NATO-nu məhv etmək istəyir, çünki Rusiya lideri Şimali Atlantika alyansının Moskvanın maraqlarına uyğun gəldiyini düşünmür.

Makfol ilk ssenarini “Rusiya-Estoniya sərhədindəki bir eston şəhərində etnik ruslarla etnik estonlar arasında döyüş” adlandırıb.

“Tutaq ki, bir etnik rus öldürülür. Putin onları cəzalandırmaq üçün xüsusi təyinatlıları göndərməyə qərar verir. Onlar etnik estonlar qrupunu öldürüb evlərinə qayıdırlar. Yəni gəldikləri yerdə dayanmırlar, qayıdıb gedirlər. Bu halda biz Rusiya ilə müharibəyə girəcəyikmi?”, - deyə amerikalı diplomat ABŞ, Rusiya və Çin arasındakı qarşılıqlı münasibətlərə həsr olunan virtual diskussiya zamanı sual edib.

Makfolun güman etdiyi kimi bu ssenari reallaşarsa, alyansdakı müttəfiqlik özünü lazım olduğu qədər güclü göstərməyəcək.

“Məni qorxudan ikinci ssenari belədir: çevriliş olsa, rusiyapərəst qüvvələr Monteneqroda olduğu kimi hakimiyyəti zəbt etsələr, nə olacaq? Bu, baş versə nə edəcəyik? Məni qorxuya salan iki ssenari bunlardır”, - deyə o bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər