10 Sentyabr 2021 14:54
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın Qrenlandiya muxtar bölgəsində yerləşən Tasilaq qəsəbəsində artan şiddət səbəbiylə spirtli içkilərin satışı qadağan edilib.

Teleqraf.com xəbər verir ki, yeni qərarla spirtli içkilərin satışı iki həftə qadağan olunub.

Tasilaq qəsəbəsi polisi qısa müddətdə 15 ailədaxili şiddət, 2 intihar, 4 intihar təhdidi və digər 6 şiddətli hadisənin baş verdiyini bildirib. Eyni zamanda, yerli səhiyyə qurumları spirtli içkilərdən zəhərlənmə hallarının artdığını açıqlayıblar.

Alkoqolla əlaqədar hadisələrdə azalma olarsa, qadağanın sentyabrın 17-dək davam edəcəyi gözlənilir.

Qrenlandiya Tasilaqda artan alkoqollu şiddət hallarını azaltmaq üçün bir sıra sosial təşəbbüslər də başladıb. Bu yaxınlarda qəsəbədə bir ailə müalicə mərkəzi və bir gənclik mərkəzi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər