12 Sentyabr 2021 16:59
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qoşunlarının Əfqanıstandan çıxması 2001-ci ildəki 11 sentyabr terrorunun təkrarlanması riskini artırır.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya əkskəşfiyyatının rəhbəri Ken Makkallum bəyan edib.

MI5 xidmətinin rəhbəri Vaşınqtonun bu qərarının islam ekstremistlərini ruhlandırdığını bildirib.

Onun sözlərinə görə, söhbət yalnız mənəvi ruh yüksəkliyinin artmasından getmir. Belə ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra terror qruplaşmaları yenidən bölgədə toplaşa və daha dəhşətli planlar hazırlaya bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər