Şotlandiya Böyük Britaniya Krallığından ayrılmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, krallıqdan ayrılmaq üçün hərəkətə keçən Şotlandiya hökuməti müstəqillik üçün tarix müəyyən edib.
Şotlandiya Baş naziri Nikola Sterdcen 2023-cü ilin sonuna qədər müstəqillik referendumu keçirməyi planlaşdırdıqlarını söyləyib.
Qeyd edək ki, bundan əvvəl Şotlandiyada keçirilmiş iki referendumun nəticələri muxtar respublikanın Britaniyadan ayrılmasına bəs etməyib.