Anestezioloq həkim üç passientini zorladığına görə məhkəmə qarşısına çıxarılıb.
Teleqraf.com xəbər verir ki, türkürpədici hadisə Almaniyanın Gueterhol şəhərində yerləşən Sankt Elisabeth xəstəxanasında qeydə alınıb.
Məlumata görə, 43 yaşlı anestezioloq Nils. T xəstələrinə norkoz verdikdən sonra onları zorlayıb. Bu, narkozun təsirinin keçməsindən sonra hadisəni xatırlayan qadınlardan birinin dərhal polisə şikayət etməsindən sonra ortaya çıxıb. Bundan sonra polis həkim-anestezioloqla bağlı araşdırmaya başlayıb. Həkimin önlüyündən və qadınlardan alınan analizlərin örnəkləri mövzunun məhkəməyə çıxarılmasına səbəb olub.
Həkim ittihamların qarşısında qadınların norkozun təsiri altında olduqlarını və özlərinə nə olduğunu bilməyəcəyi üçün bu addıma getdiyini bildirib.
“Bild” qəzeti yazıb ki, həkimlə bağlı ilk şikayət 2020-ci ilin dekabrında ortaya çıxıb. Məhkəmə davam edərkən başqa bir qadın da həkimin təcavüzünə uğradığını iddia edib.
Hazırda proses davam edir. Həkimin günahı təsdiqlənsə ona 15 il həbs cəzası veriləcək.