Rusiya Prezidenti Vladimir Putin KTMT-nin məsuliyyət zonasındakı vəziyyətin nəinki qeyri-sabit olduğunu, həm də bölgə ölkələri üçün risklər daşıdığını söyləyib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri bu barədə KTMT-nin Tacikistanda keçirilən sammitindəki çıxışında danışıb.
“KTMT-nin məsuliyyət zonasındakı və üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyət nəinki qeyri-sabitdir, həm də ölkələrimizin təhlükəsizliyi üçün həqiqətən ciddi çağırışlar və risklər daşıyır”, - Putin bildirib.
Putin ABŞ və müttəfiqlərininin qoşunlarının Əfqanıstandan tələsik çıxdıqlarını söyləyib.
Putin mövcud şəraitdə KTMT-yə üzv ölkələrin koordinasiyaya və birliyə hər zamankindən daha çox ehtiyac duyduğunu iddia edib.
KTMT-nin Düşənbədəki sammitində Əfqanıstan ətrafında yaranmış durum və bunun bölgə ölkələrinə təsirləri müzakirə olunur.