11 Noyabr 2014 15:06
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 23 yaşlı polis məmuru 21 yaşlı sevgilisini tapançayla vuraraq öldürdükdən sonra intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün saat 19.40 radələrində Trabzonun Xızırbəy məhəlləsində olan mənzildə baş verib. Polis məmuru Əli Aktaş qaldığı evdə sevgilisi Fatma Zaim ilə mübahisə edib. Aktaş sevgilisini tapançayla başından vuraraq öldürdüb. Bundan sonra silahı öz başına söykəyən Aktaş intihar edib.

Hadisə yerinə gələn polis evdə Fatma Zaim ilə polis məmuru Əli Aktaşın cəsədini tapıb. Zaim və Aktaşın cəsədləri ekspertizaı üçün Trabzon Ədli Tibb Təşkilatına göndərilib.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Teleqraf.com hadisə yerindən olan videonu təqdim edir :

Rüstəm

video


Müəllif:

Oxşar xəbərlər