11 Noyabr 2014 17:38
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 68 ildə Albaniya liderinin Serbiyaya ilk rəsmi səfərinə iki ölkənin baş nazirləri arasında Kosovoya görə yaranmış mübahisə kölgə salıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, televiziya ilə canlı yayımlanan tədbir zamanı Albaniya Baş naziri Edi Rama Kosovanın müstəqilliyinin danılmaz olması fikrinə serbiyalı həmkarı Aleksandar Vucic fitnəkarlıq kimi qiymətləndirib.

Albaniya Baş nazirinin Serbiyaya səfəri ötən ay Avropa çempionatının seçmə mərhələsinin matçında iki ölkənin milli yığmaları arasında baş verən toqquşmadan sonraya təsadüf edib. Səfər həmin toqquşmadan sonra iki ölkə arasında yaranmış gərginliyi aradan götürmək məqsədi də güdüb. Lakin Ramanın Kosovanın müstəqilliyinin danılmaz və hörmətlə yanaşılmalı olduğunu deməsi yenə aranı qarışdırıb.

Bu sözlərə Aleksandar Vucic dərhal reaksiya verib: “Mən belə fitnəkarlıq gözləmirdim. Albaniyanın Kosova ilə nə işi? Kosovo Albaniyaya məxsus deyil və heç zaman olmayıb”.

Qeyd edək ki, sonuncu dəfə Belqrada 1946-cı ildə səfəri Albaniyanın o zamankı rəhbəri Ənvər Xoca Yoqoslaviya lideri Josip Broz Titonun dəvətilə edib.

Samir


Müəllif: