24 Sentyabr 2021 11:50
2 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sünni din xadimlərindən olan Əbdürrəhim Mollazadə Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, bir televiziya proqramına qatılan, Əfqanıstan və Talibanla bağlı sualları cavablandıran bəluc din xadimi diqqətçəkən fikirlər səsləndirib:

“Taliban bizə kömək etmək istəyirsə, siyasi, iqtisadi və hərbi güc qazanmağa diqqət yetirməlidir. Müsəlmanların öz işlərinə, ilk növbədə Əfqanıstanın daxili işlərinə diqqət yetirmələrini istəyirik. Bu mərhələdə onlardan heç nə tələb etmirik. Siyasi, iqtisadi və hərbi cəhətdən güclənmələri bizə ən böyük xidmətdir””.

1957-ci ildə Sistanda anadan olmuş bəluc əsilli alim Mollazadə İranın ən nüfuzlu sünni liderlərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər