Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə ilə qarşıdurmaya getməmək üçün Liviyada qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qüvvələrə verdiyi dəstəyi dayandırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Africa Intelligence”də dərc olunmuş məqalədə bildirilib.
“Uzun müddətdir qeyd-şərtsiz Haftarın tərəfdarı olan Sisi indi ortaq məxrəcə gəlməyə hazırdır. Sisi Türkiyə ilə birbaşa qarşıdurmadan qaçır və enerjisini digər məsələlərin həllinə, xüsusilə də Efiopiya ilə münasibətlərdəki problemlərə sərf etmək istəyir”, - nəşr qeyd edib.