ABŞ -ın Rusiya ali rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq etməsi Vaşinqton tərəfindən ciddi siyasi səhv olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə alman nəşri “Handelsblatt” yazıb.
Məqalədə qeyd edilib ki, Rusiya Baş nazir Mixail Mişustin başda olmaqla yüksək vəzifəli şəxslərin sanksiya siyahısına salınması ABŞ üçün ciddi səhv olacaq.
“Sanksiyalar Vaşinqton üçün istədiyi vaxt istədiyi şəxslərə qarşı oynamaq istədiyi oyuncaq deyil”, - nəşr bildirib.
Məqalə vurğulanıb ki, belə sanksiyalar yalnız əsaslar olduqda və konkret məqsədə çatmaq üçün tətbiq olunmalıdır. Qəzet ABŞ -ın bu durumda atacağı addımların bir sıra nəticələrinin ola biləcəyini iddia edib.
ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ Prezidenti Co Baydenin “Şimal axını 2” ilə əlaqəli şəxslərə və təşkilatlara sanksiya tətbiq etməsini tələb edən qanun layihəsini təsdiqləyib. Bu, Rusiyadan olan bir sıra yüksək vəzifəli şəxslərin ABŞ -dakı aktivlərinin dondurulması, vizalarının ləğv edilməsi, həmçinin Amerika vətəndaşları və şirkətlərinin siyahıda olanlarla işləməsinin qadağan edilməsi deməkdir.