“ABŞ Prezidenti Co Bayden Əfqanıstanda etdiklərinin əksinə Suriyanı tərk etməyəcəklərinə dair söz verib”.
Teleqraf.com xəbər verir ki, bunu YPG/PKK terror təşkilatının sözdə komandanı “Məzlum Kobani” kod adlı terrorçu Fərhat Abdi Şirin “Times” qəzetinə deyib.
Kobani əlavə edib ki, Prezident Bayden ABŞ Mərkəzi Qüvvələr Komandanı (CENTKOM) general Kennet Mkenzini onların yanına göndərməklə bu sözü verdiyini bildirib.
“Ədalətli olaq, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra insanlar qorxdu” deyən Fərhat Abdi Şirim ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələlərini koordinasiya edən Joey Hood ilə görüşdüyünü də bildirib.
ABŞ-ın Əfqanıstandan çıxdıqları andan öz gələcəkləri baxımından narahat olmağa başladıqlarını etiraf edən terrorçu Əfqanıstanda ortaya çıxan böhrandan sonra ABŞ-ın sürətlə onların yanına təmsilçilər göndərdiyinə diqət çəkib: “Buranın Əfqanıstan kimi olmayacağına dair bizə güvəncə verdilər. Siyasətin tamamilə fərqli olduğunu bildirdilər”.