2018-ci ildə ABŞ-da yerli medianın binasına silahlı basqın edərək 5 jurnalisti öldüən Jarrod Ramoz 5 qat ömürlük həbs cəzası alıb.
Teleqraf.com xatırladır ki, qatil 28 fevral 2018-ci ildə “Kapital Qazet”ə hücum edərək 5 jurnalistin həyatına son qoymuşdu.
Qatilin məhkəmə prosesi 12 gün çəkib. Vəkili müştərisinin əqli sağlamlığının yerində olmadığını bildirərək bu səbəbdən də onun etdiklərinə görə günahkar elan olunmasına qarşı çıxıb.
Məhkəmə eyni zamanda 41 yaşlı qatilə cinayət təşəbbüsü və silahlı hücum cinayətinə görə, 345 il həbs cəzası kəsib. Həmçinin qatil Ramoz 2011-ci ildə zorlama cinayətinə görə də təqsirli bilinib.