Kanada Hərbi-Hava Qüvvələri “İŞİD” terror qruplaşmasının İraqda yerləşən artilleriya mövqelərini məhv edib.
Teleqraf.com-un “TASS”a istinadən verdiyi xəbərə görə, hava zərbələri Bağdaddan 200 km şimalda yerləşən Bəyci şəhərinin ətrafına endirilib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı koalisiya qüvvələrinin “İŞİD”in İraqın Faluca, Bəyci, Mosul və Ər Rütbə şəhərləri yaxınlığındakı mövqelərinə 18 zərbə endirdiyini bildirib.