Kişida Fumio Yaponiya hakim Liberal Demokrat Partiyasının (LDP) lider seçkilərində qalib gəlib.
Teleqraf.com xəbər verir ki, LDP-nin seçkilərində islahatlar naziri Kono Taro, keçmiş xarici işlər naziri Kişida Fumio, sabiq daxili işlər və rabitə nazirləri Noda Seyko və Takaiçi Sanaye iştirak edib.
İkinci tura gedən yarışda Kişida Fumio 249 səs toplayaraq rəqibi Kono Taronu qabaqlayıb.
Keçmiş xarici işlər naziri Kişida Fumio oktyabrın 4-də Yaponiyanın yeni baş naziri elan ediləcək.
Əvvəlki Baş nazir Suqa Yoşixide ölkədə vətəndaşlara vurulan “Moderna” koronavirus peyvəndlərinin flakonlarında çirklənmə aşkarlandıqdan sonra istefa vermişdi.