30 Sentyabr 2021 10:37
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda iqtidarda olan Taliban müvəqqəti hökumətin Məhəmməd Zahir Şahın dönəmindəki konstitusiyasını əsas götürəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın ədliyyə naziri Əbdül Hakim Şəri açıqlama verib.

O, konstitusiyanın şəriət və Talibanın prinsiplərinə zidd olmayan maddələrinin tam olaraq yerinə yetiriləcəyini söyləyib.

“İslam Əmirliyinin müvəqqəti hökuməti İslam şəriətinə və İslam Əmirliyinin prinsiplərinə zidd heç bir məzmun olmadan Məhəmməd Zahir Şah dönəminin konstitusiyasını həyata keçirəcək”, - Şəri bildirib.

O, qadınlara səs vermək və siyasi sahədə fəaliyyət göstərmək hüququ verən 1964-cü il konstitusiyasının bu müddəalarını tətbiq edib-etməyəcəklərini açıqlamayıb.

1973-cü ildə Zahir Şahın devrilməsinə qədər qüvvədə olan və bütün səlahiyyətləri əsasən şahın üzərinə cəmləyən konstitusiya ölkənin monarxiya qanunu olaraq tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər