30 Sentyabr 2021 11:16
3 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 2020-ci ilin noyabr ayından etibarən yoxlanılan 89 məscidin üçdə biri bağlanıb.

Teleqraf.com xəbər verir ki, daxili işlər naziri Cerald Darmanin “Le Fiqaro” qəzetinə verdiyi açıqlamada “separatizm”lə bağlı qanunun qüvvəyə minməsindən əvvəl ölkədə “ekstremistlər”in fəaliyyət göstərdiyi 650 yerin bağlandığını və 24 min məkanın polis tərəfindən yoxlandığını söyləyib.

Nazir 2020-ci ilin noyabr ayından bu yana 89 məsciddə aparılan yoxlamalar nəticəsində üçdə birinin bağlandığını deyən Darmanin həmin məkanların “radikallaşdıqlarını” iddia edib.

O qeyd edib ki, Sart, Myort-ez-Mozel, Kot-Dor, Ron və Qar şəhərlərində daha 6 məscidin bağlanması üçün tədbirlər görülür.

Darmanin bələdiyyənin icazəsinə baxmayaraq, Strasburqda Əyyub Sultan məscidinin inşasına qarşı olduqlarını deyib.

Nazir siyasiləşdiyini iddia etdiyi müsəlmanlara məxsus 5 dərnəyin də bağlanması haqda məlumat verib və qeyd edib ki, 10 qurum da oktyabrın 4-dək bağlanacaq.

Darmanin 205 dərnəyin bank hesablarının müsadirə olunduğunu və 2 imamın “separatçı” ittihamı ilə Fransadan deportasiya olunduğunu bildirib.

Nazir 2023-cü ildən etibarən xaricdən dini vəzifəli şəxslərin ölkəyə gələ bilməyəcəyini və bölgələrin rəhbərliklərinə hazırda Fransada olanların yaşayış icazələrini yeniləməməyi tapşırdığını qeyd edib.

Cerald Darmaninin sözlərinə görə, Əlcəzair, Tunis və Mərakeş vətəndaşlarına verilən viza sayı da ciddi şəkildə məhdudlaşdırılıb.

Avqust ayında “separatizm”lə bağlı qanun qüvvəyə mindikdən sonra Emmanuel Makron administrasiyası müsəlmanların həyatlarına müdaxilə etdiyi üçün tənqid edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər