İran ilə Rusiya arasında nüvə danışıqları ilə bağlı razılıq əldə edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, razılaşmaya əsasən Rusiya İranda daha iki nüvə birliyi yaradacaq. Moskvada əldə olunan anlaşmanın son müzakirə tarixi noyabrın 24-ü müəyyən edilib.
Bundan başqa Omanda ABŞ xarici işlər naziri Con Kerri, iranlı həmkarı Cavad Zərif nüvə müzakirələri ilə bağlı bir araya gəlib. Eskpertlər danışıqlar zamanı ümumi razılığa gəlinmədiyini bildirirlər.
Samir