2 Oktyabr 2021 15:20
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin eks-prezidenti Mixail Saakaşvilinin gizləndiyi mənzilin sahibini saxlayıb.

Teleqraf.com xəbər verir ki, eks-prezidenti öz evində gizlədən şəxsin kimliyi açıqlanmasa da, onun 1958-ci ildə doğulduğu açıqlanıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 335 -ci “cinayətiləri gizlətmə” maddəsi ilə aparılır. Bu maddə üzrə Saakaşvilini evində saxlayan şəxs cərimə və ya altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilə qədər həbs cəzası ilə cəzalandırıla bilər.


Müəllif: Nemət