Rusiyanın Tula vilayətində piyadanın yük maşını və avtomobilin törətdiyi qəzadan xəsarət almadan xilas olması günün mövzusu olub.
Teleqraf.com xəbər verir ki, arxadan gələn maşının təhlükəsizlik kamerası ilə lentə alınan qəza zamanı şosedə sola dönməyə çalışan “Jeep”in qarşıdan gələn yük maşını ilə toqquşduğu görünür.
Yol qovşağında gözləyən piyadanın yük maşının altında qaldığını düşünən şahidlər şəxsin yeriyərək faciəvi qəzanın ortasından çıxaraq, yoluna davam etməsindən heyrətə gəliblər.
Samir