19 Oktyabr 2021 16:24
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın məşhur “Bild” qəzetinin yayım redaktoru Culian Reiçelt işçilərinə təcavüz səbəbindən işindən qovulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Bild” qəzetində təcavüz skandalı getdikcə böyüyür.

Bir müddət əvvəl "Politiko"nu 1 milyard dollara satın alan şirkət tərəfindən verilən açıqlamada qeyd edilib ki, Reiçelt şəxsi həyatı ilə bağlı münasibətləri iş münasibətlərindən ayırmağı bacara bilmədiyi səbəbindən işdən çıxarılıb və onun özü bu barədə etiraflar edib.

Açıqlamada redaktorun cinsi təcavüz və ya səlahiyyətlərindən pis niyyətlə istifadə etdiyinə dair ifadələr yer alıb. Redaktorun nəzarətində işlədiyi xanımlarla əlaqələri olduğu bildirilir.

“Bild”in televiziya qolunu da idarə edən redaktor mövzuya dair açıqlama verməyib.

Hərbi müxbir kimi fəaliyyətə başlayan və özü üçün yaxşı karyera qurmağı bacaran redaktorun rəhbərliyi altında işləyən gənc xanımlarla münasibətləri olduğuna dair alman mediası bu ilin əvvəlindən xəbərlər tirajlayırdı.


Müəllif: Nemət