13 Noyabr 2014 16:16
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əsgərlərinin və hərbi avadanlıqlarının Ukraynaya daxil olması barədə məlumatlardan sonra ABŞ Rusiyanı ölkədəki atəşkəsi sarsıtmaqda ittiham edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pover açıqlama verib. Onun sözlərinə görə, Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Rusiya sülh planı üçün danışıqlar aparır və sonradan onları sistematik olaraq hər bir addımda sarsıdır. Sülh haqqında danışsa da, müharibəni qızışdırmağa davam edir”.

Rusiyanın BMT-ə səfirinin müavini Aleksandr Pankin bu ittihamları təbliğat kimi qiymətləndirərək rədd edib. O qeyd edib ki, bu fikirlər mövcud situasiyanı əks etdirmir.

Samir


Müəllif:

Oxşar xəbərlər