23 Oktyabr 2021 11:44
12 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

146 milyard dollarlıq sərvətlə dünyanın 4-cü ən zəngin adamı ünvanına sahib olan, “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts hacı olub.

Teleqraf.com xəbər verir ki, milyarder ötən gün kirayələdiyi “Lana” adlı lüks yaxta ilə Türkiyənin Aydınlar vilayətinin Kuşadası qəsəbəsinə gəlib.

Kuşadası körfəzi sahillərində lövbər salan “Lana”da bir müddət dincələn Qeyts daha sonra şəxsi helikopteri ilə İzmirin Səlcuq vilayətindəki hava limanına enib. Birbaşa müqəddəs Məryəm ana evinə gedən Qeyts kilsədə dua edərək yenidən hacı olub.

Daha sonra Qeyts yaxın mühafizəçiləri ilə qədim Efes şəhərini gəzib.

Keçən il dənizə buraxılan “Lana”nın uzunluğu 107 metr, eni isə 16 metrdir. Yaxtanın həftəlik kirayəsi isə 1 milyon 800 min avrodur. Yaxtanı müşayiət edən 68,2 metr uzunluğundakı “Wayfinder” adlı dəstək gəmisində isə Qeytsin yaxın mühafizəçiləri və işçiləri qalıb.

Milyarder iş adamı keçmiş həyat yoldaşı Melinda ilə 2005-ci ildə Marmarisdə tətildə olarkən Məryəm ana evinə gəlib və ilk dəfə hacı olmuşdu.


Müəllif: Yeganə Oqtayqızı