24 Oktyabr 2021 08:30
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumuniya əhali sayına görə gündəlik olaraq dünya üzrə ən çox COVID-19 virusuna yoluxma faktı qeydə alınan ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, ölkədə COVID testi verən hər 4 nəfərdən birinin test nəticəsi pozitiv çıxır.

Ölkədə gündəlik yoluxma sayı min nəfərdən çoxdur. Əhaliyə virusdan qorunma üsulları, vaksinasiya barədə məlumat verilsə də, insanlar peyvənd olunmaqdan yayınırlar.

Ölkə başçısı İohannis vaksinasiya ilə bağlı daha sərt tədbirlər tətbiq olunacağını açıqlayıb. O bildirib ki, bazar ertəsindən etibarən vaksin olunmayan şəxslər üçün tətbiq olunan məhdudiyyətlər artacaq.

Bununla yanaşı, ölkədə əyani tədris iki həftəlik dayandırılır.


Müəllif: Aysel Azad