14 Noyabr 2014 00:43
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq ordusu gücləndikdən sonra İŞİD”in mövqelərinə endirilən zərbələrin sayı artırılacaq.

Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Çak Heygel bildirib.

“İraq ordusu gücləndikdən dərhal sonra bizim koalisiyanın hava hücumlarının tempi və intensivliyi xeyli artırılacaq”, deyə o qeyd edib.

Bu arada Barak Obama bəyan edib ki, “İŞİD” terror qruplaşması üzərində qələbə Suriyada siyasi dəyişikliklər olduqda və Bəşər Əsəd hakimiyyətdən getdikdə mümkün ola bilər.


Müəllif:

Oxşar xəbərlər