14 Noyabr 2014 07:31
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın paytaxtı Buenos Ayresdə iki sərnişin avtobusu toqquşub, nəticəsində 35 nəfər xəsarət alıb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident ötən axşam şəhərin Ramos Mexiya rayonunda baş verib. Məlumata görə, avtobuslardan biri ötmə manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb və başqa avtobusla toqquşub.

Xəsarət alanlardan iki nəfərin vəziyyətinin kritik olduğu bildirilir.


Müəllif: