Çin Maliyyə Nazirliyi avro ilə istiqrazların buraxılmasını planlaşdırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, beynəlxalq institusional investorlara avro nominallı istiqrazların buraxılış müddəti 3, 7 və 12 il olacaq.
Çin bu emissiya ilə 4 milyard avro borc almağı hədəfləyəcək.
Çin 2019-cu ilin noyabr ayında 7, 12 və 20 illik istiqraz emissiyaları ilə 4 milyard avro borc götürüb və bu, son 15 ildə ilk avro istiqraz buraxılışı olub.