10 Noyabr 2021 10:58
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səkkiz ölkə 9 ölkənin birləşərk qurduğu “F-35” konsorsiumundan geri çəkildi. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə Türkiyəsiz “F-35” ortaqlığı yenidən quruldu”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

Akar Türkiyənin təhvil aldığı və anqarda saxladığı 6 ədəd “F-35” haqda da danışıb:

“ABŞ yetkililəri ilə təmaslarımız davam edir. İlk görüş Ankarada olub. Növbəti görüşün önümüzdəki aylarda ABŞ-da keçirilməsinə qərar verilib. Bu günə qədər olan xərclərimiz və 6 təyyarənin vəziyyəti ilə bağlı danışıqlar davam edir”.

Son günlərin əsas mövzusu olan “F-16” məsələsinə toxunan nazir deyib:

“Bu tələbin “F-35”lə heç bir əlaqəsi yoxdur. Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının müəyyən edilməsi davamlı fəaliyyətə daxildir. “F-16”larla bağlı texniki prosesi başladılıb. Bu satınalma prosesidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər