12 Noyabr 2021 10:51
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya parlamenti İkinci Dünya Müharibəsində sovet ordusunun nasistlər üzərində qələbəsinin simvolu olan “Müqəddəs Georgi” lentinin ictimai yerlərdə istifadəsini qadağan edən qanunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, parlamentin İnsan Hüquqları və Sosial Məsələlər Komitəsinin sədri Artus Kaymins bu simvolu daşıyan dəyərlərin qəbuledilməz olduğunu bildirib.

Parlamentdəki Rus Birliyi Partiyası isə qanuna etiraz edəcəyini açıqlayıb:

“Simvollarla bu mübarizə əbəs yerə başlamayıb. Latviya hökuməti xalqın diqqətini mühüm iqtisadi problemlərə və öz maaşlarının artmasından etnik nifrəti qızışdırmağa yönəldir. Artıq hökumətin simvollarla döyüşmək əvəzinə xalqın rifahı üçün çalışmasının vaxtıdır”.

Lentin rəngləri Rusiyanın ali medallarından biri olan “Müqəddəs Georgi” ordeninin lentindən götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər