12 Noyabr 2021 13:30
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin əsas rollardan birini canlandırdığı “Rjevski Napoleona qarşı” filminin yayımı Ukraynada qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” Dövlət Kino Agentliyindən aldığı sorğuya istinadla məlumat yayıb.

“Dövlət Kino Agentliyi 2015-ci ilin oktyabr ayından etibarən heç bir distribütor şirkətinə “Rjevski Napoleona qarşı” filminin (Rusiya, 2011, rejissor M.Vaysberq) yayım şəhadətnaməsi verməyib”, – nəşr agentliyə istinadən yazır.

Filmin yayımı rusiyalı artist Yuri Qaltsevin Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısına salınmasından sonra qadağan edilib. O, bu filmdə epizodik rol oynayıb və 2015-ci ilin oktyabrında Ukrayna sanksiyalarına məruz qalıb.

“Rjevski Napoleona qarşı” 2012-ci ildə istehsalata buraxılmış Rusiya-Ukrayna birgə komediyasıdır. Zelenski burada təkcə baş rolu oynamayıb, həm də “Kvartal 95”dəki yoldaşları Sergey Şefir, Boris Şefir və Andrey Yakovlev, habelə rusiyalı rejissor və prodüser Sergey Livnevlə birlikdə filmin prodüseri olub.

Qeyd edək ki, rusiyalı sənət adamlarının Krıma icazəsiz daxil olmaları onların Ukrayna sanksiyalarına (ölkəyə giriş qadağası və onların iştirak etdiyi filmlərin yayımına icazə verilməməsi) məruz qalmalarının əsas motivlərindən biridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər