ABŞ Dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Le Drian tvitter səhifəsində yazıb.
“Bu axşam amerikalı həmkarım Entoni Blinkenlə hazırkı gərginlik fonunda Ukraynadakı vəziyyəti müzakirə etmək üçün danışıqlar apardım ”, - nazir qeyd edib.
Onun sözlərinə görə, danışıqlar zamanı İranla danışıqların bərpası məsələsi müzakirə edilib.