15 Noyabr 2021 09:49
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yelisey sarayında xidmət edən bir hərbçi qadının eyni sarayda xidmət edən başqa bir hərbçi tərəfindən zorlandığı bildirilib.

Teleqraf.com xəbər verir ki, hadisə üzə çıxandan sonra məhkəməyə müraciət olunub.

Hərbçi qadın iyulun 1-də polisə müraciət edib. Zorlandığını iddia edən hərbçi ərizəsində hadisənin sarayın bir otağında baş verdiyini bildirib. O, iyulun 12-də məsələ ilə bağlı dindirilib, amma qarşı tərəfin hələ də təqsirli bilinmədiyi deyilib.

Sözügedən otaqda məxfi sənəd və faylların olması səbəbindən təhlükəsizlik tədbirləri görülüb və iyulun 12-də araşdırma başlanıb. İstintaqı aparan hakim zorlamada təqsirləndirilən şəxsi şahid kimi qeydə alıb.

Keçən həftə Fransa Prezidenti Emmanuel Makronun keçmiş cangüdəni və təhlükəsizlik müşaviri Aleksandr Benalla 2018-ci ildə Parisdə keçirilən etirazlar zamanı nümayişçilərə hücum etdiyinə görə 3 il həbs cəzasına məhkum edilib. Benalla elektron qandallarla 1 il ev dustağı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər