18 Noyabr 2021 23:56
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın bütün müdafiə sistemlərini sıradan çıxaracaq silah” kimi xarakterizə edilən Çinin hipersəs raketindən danışan amerikalı general Pentaqonun bundan çox narahat olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Con Haten “CBS News”-a açıqlamasında danışıb.

“Bu, çox şeyi dəyişdirmək potensialına malik çox vacib üstünlükdür. Bu, həm də mümkün nüvə savaşında istifadə edilə biləcək ilk silahdır”, - general söyləyib.

Silahın Çin tərəfindən sınaqdan keçirildiyi bildirilsə də, sınaq zamanı raketin hədəfi vurub vurmaması sualına Hayten “kifayət qədər yaxın” cavabını verib.

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti və müdafiə eksperti Skott Ritter isə bu haqda deyib:

“Çin hipersəs raketini nüvə silahı sistemi kimi istifadə etmək üçün dizayn edirsə, demək, ABŞ-ın müdafiə sistemlərini zərərsizləşdirəcək texnologiya işləyib hazırlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər