Aralıq dənizində 1600 metr dərinlikdən 130 milyon dollarlıq F-35 qırıcısını çıxarmaq üçün ABŞ prosesə daxil olub.
Teleqraf.com xəbər verir ki, rusların hadisə yerinə yaxınlaşmaması üçün hərbi gəmilər və qırıcılar mövqe tutub.
Aralıq dənizindən keçərək Sakit okeana qədər müşahidə uçuşları edən F-35 geri qayıdarkən Aralıq dənizinə düşüb. Qəza gizli sirlərin arxasınca düşən beynəlxalq gücləri üz-üzə gətirib.
Qırıcının pilotu xilas edilsə də, İngiltərə və ABŞ-ın qorxusu təyyarənin qalıqlarının rusların əlinə keçməsidir.
İngiltərə donanması təyyarəni çıxarmaq üçün müttəfiqi ABŞ-dan dəstək istəyib.
Qeyd edək ki, dünyada bir neçə ölkə belə dərinlikdə olan təyyarəni çıxarmaq imkanına malikdir.
İlkin məlumat odur ki, təyyarəni İngiltərə-ABŞ qrupu çıxaracaq. Məxfi aparılacaq əməliyyat üçün son hazırlıq işləri görülür.
Hazırda İspaniyada olan ABŞ qrupu lazım olan ləvazimatlarla birlikdə Misir istiqamətində hərəkət edir.
Xatırladaq ki, İngilis Kraliyyət Donanmasına aid F-35 qırıcısı iki gün əvvəl Aralıq dənizinə düşüb.