ABŞ Prezidenti Co Baydendə güclü öskürək var, yerişi pisləşib, o, atrial fibrilasiyadan müalicə olunur.
Teleqraf.com xəbər verir ki, bu sözləri dövlət başçısının həkimi Kevin O'Konnor cümə günü keçirilən tibbi müayinədən sonra deyib.
Qeyd edk ki, ötən gün Ağ Ev O'Konnorun Baydenin "78 yaşlı aktiv bir kişi" olaraq qaldığı barədə açıqlamasını yayıb.
“Prezident öz vəzifələrini yerinə yetirmək üçün kifayət qədər sağlamdır və heç bir istisna və ya güzəştə getmədən bütün vəzifələrini tam yerinə yetirir”, - deyə həkim bildirib.
Qeyd edək ki, ABŞ-ın ən yaşlı prezidenti ünvanına sahib olan Bayden noyabrın 19-da kolonoskopiya zamanı anesteziya təsiri altında 85 dəqiqə qalıb. O, bu müddət ərzində öz vəzifələrini vitse-prezident Kamala Harrisə təhvil verib.