Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.
Teleqraf.com xəbər verir ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı.
Türkiyə prezidenti Kılıçdaroğlunun “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma CHP rəhbərinin bunun qədir-qiymətini bilmədiyini deyib. Ərdoğan məhkəmədə qalib gəldiyini, məhkəməyə təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb.